featured-image-77659

“Real”ın müdafiəçisi və kapitanı Dani Karvahal mövsümün sonunda paytaxt klubunu tərk edəcək.

Msport.az xəbər verir ki, klub rəhbərliyi 34 yaşlı müdafiəçiyə yeni müqavilə təklif etməmək qərarına gəlib.

Cari müqaviləsi 30 iyun tarixində başa çatacaq futbolçu bu mövsüm zədələr səbəbindən əsas heyətdəki yerini itirib və cəmi 442 dəqiqə meydanda olub. Karvaxalın zədə səbəbindən mövsümün qalan hissəsini buraxacağı bəlli olsa da, onun La Liqanın son turunda “Atletik”lə keçiriləcək matçda azarkeşlərlə vidalaşması gözlənilir.

Qeyd edək ki, Dani Karvahal 2013-cü ildən çıxış etdiyi “Real” forması ilə altı dəfə Çempionlar Liqasının qalibi olub və ümumilikdə 20-dən çox titul qazanıb.

Bənzər xəbərlər