featured-image-5236

Niderland milli komandasının baş məşqçisi Lui van Qal bildirib ki, ağır xəstəliklə mübarizə onun yığmadakı işinə mane olmur. Msport.az “Sky Sports”a istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis prostat xərçəngindən əziyyət çəkir:

“İndi xəstəlikdən danışmaq vaxtı deyil. Ancaq sizi əmin edə bilərəm ki, bunun öhdəsindən gələcəm. Çünki bu komandaya rəhbərlik etmək mənim üçün böyük hədiyyədir. Karyeramda heç vaxt belə komanda çalışdırmamışam”.

Qeyd edək ki, Niderland van Qalın rəhbərliyi altında Qətərdəki dünya çempionatında mübarizə aparacaq. Komanda qrup mərhələsində Ekvador, Seneqal və Qətərlə üz-üzə gələcək.

Üç dəfə milliyə rəhbərlik edən məşqçi DÇ-2014-də “narıncılar”a bürünc medal qazandırıb.

Bənzər xəbərlər