featured-image-79327

Mərakeş millisinin müdafiəçisi Nussayr Mazraui bildirib ki, dünya çempionatından sonra karyerasını bitirməyi düşünür.

Msport.az xəbər verir ki, 28 yaşlı futbolçu bildirib ki, o, özünü tam şəkildə dinə həsr etmək istəyir.

“Ola bilsin ki, dünya çempionatından sonra karyeramı başa vurum. Həyat qısadır. Mən Quranı əzbər öyrənmək istəyirəm və məsciddə imam olmağı arzulayıram”.

Mazraui 2024-cü ildən “Mançester Yunayted”in şərəfini qoruyur. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 20 oyunda meydana çıxıb.

C qrupunda mübarizə aparan Mərakeş yığması 2 oyundan sonra 4 xal toplayıb. Onlar növbəti oyunu Haitiyə qarşı keçirəcəklər.

Bənzər xəbərlər