featured-image-13316

Slovakiya yığmasının futbolçusu Stanislav Lobotka UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan danışıb.

Msport.az “pravda.sk”ya istinadən xəbər verir ki, “Napoli”nin yarımmüdafiəçisi belə deyib:

“Mənə verilən tapşırıqları yerinə yetirirəm.  Bu rəqiblərdən birinə meydan versən və yaxşı oynasa, hamı təccüblənir. Biz karyeramızın son matçını oynayırmış kimi cəsarətli olmalıyıq”.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 22-də Trnavada Slovakiya yığmasının qonağı olacaq. Oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq. Son turda isə komandamız Bakıda Qazaxıstanı qəbul edəcək, Slovakiya isə öz meydanında Belarusla qarşılaşacaq.

Bənzər xəbərlər