featured-image-80617

Braziliya millisinin üzvü Kasemiro ABŞ-nin “İnter Mayami” klubuna transfer olunub.

Msport.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

34 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb. Kasemiro son olaraq “Mançester Yunayted”də çıxış edib. O, 2022-ci ilin yayında qoşulduğu komandanın heyətində İngiltərə Liqa Kuboku və İngiltərə Kubokunun qalibi olub.

Qeyd edək ki, “İnter Mayami”nin kapitanı Argentina millisinin hücumçusu Lionel Messidir.

Bənzər xəbərlər