Kavani “Boka Xuniors”dan ayrılacaq
“Boka Xuniors”un 39 yaşlı hücumçusu Edinson Kavani Argentina klubundan ayrılır.
Msport.az xəbər verir ki, onun Argentina klubu ilə müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Daha əvvəl klubun yeni məşqçisi Ruben Arruabarrena hücumçunu start heyətində görmədiyini açıqlamışdı. Bu şəraitdə Edinson ayrılmağı seçib. Oyunçu hazırda yeni klub axtarır, çox güman ki, sonuncu klubudur.
Qeyd edək ki, Kavani 2023-cü ilin yayında “Valensiya”dan “Boka Xuniors”a pulsuz transferlə qoşulub. Bu müddət ərzində o, 81 oyun keçirib, 28 qol vurub və üç məhsuldar ötürmə edib.







