featured-image-81353

“Everton” Premyer Liqanın digər təmsilçisi “Bernli”nin müdafiəçisi Kayl Uokeri transfer etmək niyyətindədir.

Msport.az xəbər verir ki, 36 yaşlı ingiltərəli futbolçu ilə Liverpul klubunun baş məşqçisi Devid Moyes maraqlanır.

“Everton” bu keçidi rəmzi məbləğ müqabilində rəsmiləşdirmək istəyir.

Qeyd edək ki, Uoker 2025-ci ildən “Bernli”də çıxış edir və komandanın heyətində ümumilikdə 37 oyuna çıxıb. O, daha əvvəl “Mançester Siti”, “Tottenhem”, “Milan” klublarının və İngiltərə yığmasının şərəfini qoruyub.

Bənzər xəbərlər