featured-image-3264

Türkiyə Kubokunda ilk finalçı müəyyənləşib.

Msport.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Kayserispor” və “Trabzonspor” üz-üzə gəlib. 4:2 hesablı qələbə qazanan “sarı-qırmızılar” finala yüksəlib.

Digər finalçının adına bu gün baş tutacaq “Sivasspor” – “Alanyaspor” matçından sonra aydınlıq gələcək.

“Kayserispor” – “Trabzonspor” 4:2

Qollar: Emrah Başsan, 48, 90+6, Məcid Hoseyni, 59, Mame Tiam, 90+1 – Antoni Nnakaeme, 3, Anastasios Bakasetas, 82

İlk oyun: 0:1

 

Bənzər xəbərlər