Kazemiro Messinin komanda yoldaşı olacaq
“İnter Mayami” “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemironu transfer etməyə yaxındır.
Msport.az xəbər verir ki, 34 yaşlı braziliyalı oyunçunun “Mançester Yunayted”lə müqaviləsi bu yay başa çatacaq.
Florida təmsilçisi isə onun üçün əsas seçimdir. Tərəflərin yaxında müqavilə imzalayacağı gözlənilir. Klub təcrübəli yarımmüdafiəçini heyətinə vacib bir əlavə kimi görür.
Kazemiro 2022-ci ildən “qırmızı şeytanlar”ın formasını geyinir. O, cari mövsüm 35 oyunda 9 qol vurub və 2 məhsuldar ötürmə edib.







