Kenan Yıldızın qiyməti 100 milyon avro
“Yuventus”un futbolçusu Kenan Yıldızın “Arsenal”a keçidi ilə bağlı xəbərlər yenidən gündəmə gəlib.
Msport.az xəbər verir ki, İngiltərə klubu 21 yaşlı futbolçunu heyətinə qatmaqda ciddi maraqlıdır.
London təmsilçisi türkiyəli oyunçu üçün təxminən 100 milyon avro ödəməyə hazırdır.
“Arsenal”ın Kenan Yıldızla maraqlanması ilə bağlı məlumatlar uzun müddətdir ki, mətbuatda yer alır. Lakin indiyədək bu maraq konkret təklif mərhələsinə çatmayıb.
“Transfermarkt”ın məlumatına görə, Kenan Yıldızın hazırkı bazar dəyəri 75 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, hücumun cinahında və forvardın arxasında mərkəzdə oynaya bilən universal futbolçu fevral ayında “Yuventus”la müqaviləsini 2030-cu ilə qədər uzadıb.







