“Kəpəz” “Qarabağ”dan 1 xal aldı
Azərbaycan Premyer Liqasının XXVII turu davam edir.
Msport.az xəbər verir ki, bu gün daha bir oyun keçirilib.
Günün ilk matçında “Qarabağ” “Kəpəz”in qonağı olub. Tovuz şəhər stadionuda keçirilən görüşdə qolsuz bərabərlik qeydə alınıb – 0:0. Xallarının sayını 64-ə çatdıran “Qarabağ” turnir cədvəlinə başçılıq edir. 23 xala malik “Kəpəz” isə 9-cu pillədədir.
Qeyd edək ki, turun açılış oyununda “Araz-Naxçıvan” “Şamaxı” ilə heç-heçə edib – 1:1.