"Sabah" və "Sumqayıt" 1/4 finalda - YENİLƏNDİ
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.
Msport.az-ın məlumatına görə, günün ilk matçında “Sabah” “Kəpəz”lə üz-üzə gəlib.
Tovuz şəhər stadionunda reallaşan qarşılaşma paytaxt təmsilçisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Gəncə klubunun heyətində 36-cı (pen.), 45-ci və 76-cı dəqiqələrdə Adama Niane fərqlənib. Qonaqlarda 14-cü dəqiqədə Vinsent Til, 23-cü dəqiqədə Cesse Sekidika, 39-cu dəqiqədə Emmanuel Apeh, 89-cu dəqiqədə Amin Seydiyev adını tabloya yazdırıb.
“Sabah” 1/4 finalda “Qarabağ” – MOİK cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, günün ikinci görüşündə “Sumqayıt” “Karvan”ı qəbul edəcək. Bu mərhələnin digər oyunları 19, 20 və 21 dekabrda gerçəkləşəcək.
————————————————————
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək.
Msport.az xəbər verir ki, ilk olaraq iki matç baş tutacaq.
Premyer Liqa təmsilçilərindən “Sabah”la “Kəpəz” Tovuz şəhər stadionunda üz-üzə gələcək. Qarşılaşma saat 14:00-da başlanacaq.
Digər görüşdə isə “Sumqayıt”ın “Karvan”ı sınağa çəkəcək. “Kapital Bank Arena”dakı matç saat 17:00-da start götürəcək.
Azərbaycan Kuboku
1/8 final
14:00. “Kəpəz” – “Sabah” – 3:4
Tovuz şəhər stadionu, (“CBC Sport” / canlı)
17:00. “Sumqayıt” – “Karvan” – 3:1
“Kapital Bank Arena”, (“AzPFL” / canlı)
Qeyd edək ki, raundun digər oyunları 19, 20 və 21 dekabrda gerçəkləşəcək.







