“Kəpəz” “Sabah”ı Bakıda məğlub etdi
Azərbaycan Premyer Liqasının XXIX turunda “Kəpəz” səfərdə “Sabah”a qalib gəlib.
Msport.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan oyunda gəncəlilər 1:0 hesablı qələbə qazanıb.
Yeganə qolu 41-ci dəqiqədə Valdemar Almeyda vurub.
Hazırda bakılılar 36 xalla turnir cədvəlində beşincidir. 27 xalı olan qərb təmsilçisi isə doqquzuncu pillədə yer alıb.
Qeyd edək ki, turun açılış qarşılaşamasında “Səbail” doğma meydanda “Turan Tovuz”la qolsuz heç-heçəyə razılaşıb.