featured-image-64901

Azərbaycan Premyer Liqasının XXXIV turunda daha bir oyun keçirilib.

Msport.az xəbər verir ki, günün ilk matçında “Kəpəz” “Sumqayıt”la üz-üzə gəlib.

Qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib – 1:0. 11-ci dəqiqədə Rauf Hüseynli penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran “Kəpəz” 8-ci pilləyə yüksəlib. “Sumqayıt” 30 xalla 9-cudur.

Günün 2-ci görüşündə, saat 20:00-da “Qarabağ” “Araz-Naxçıvan”ı sınağa çəkəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Şamaxı”nı 3:1, “Zirə” “Səbail”i 1:0, “Neftçi” isə “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər