featured-image-40358

Azərbaycan Premyer Liqasında XV tur davam edir.

Msport.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

Günün ilk matçı Tovuzda baş tutacaq. “Kəpəz” “Sabah”ı qəbul edəcək. Autsayder mövqeyində qərarlaşan gəncəlilər sonuncu pillədən qurtulmaq niyyətindədirlər. Uğursuz mövsüm keçirən “Sabah” isə buna son qoymaq əzmindədir.

Daha sonra paytaxt derbisi reallaşacaq. Qeyri-sabit nəticələrlə diqqət çəkən “Neftçi” liderlər mövqeyində qərarlaşan “Zirə” ilə üz-üzə gələcək. Rəşad Sadıqovun yetirmələrinin mümkün qalibiyyəti rəqiblə aradakı xal fərqinin daha da böyüməsinə səbəb olacaq. Bu üzdən “ağ-qaralar” doğma arenada buna imkan verməməyə çalışacaq.

Premyer Liqa
XV tur
3 dekabr (bazar)

15:00. “Kəpəz” – “Sabah” – 0:2

Qollar: Anatoli Nuriyev, 6. Yeqor Xvalko, 15 (avtoqol)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz şəhər stadionu

17:00. “Neftçi” – “Zirə” – 1:0

Qol: Rəhman Hacıyev, 60
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Cavid Cəlilov.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi Arena”

Bənzər xəbərlər