"Kəpəz" yeni baş məşqçisini açıqladı
“Kəpəz” yeni baş məşqçisinin adını açıqlayıb. Msport.az xəbər verir ki, Gəncə klubunu yenidən Adil Şükürov çalışdıracaq.
47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Şükürov 2023-cü ilin noyabrndan 2024-cü ilin avqustuna kimi “Kəpəz”in sükanı arxasında olub.
O, Gəncə klubunda futbolçu kimi də çıxış edib və 1999/2000-ci illər mövsümündə ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.
Xatırladaq ki, mövsüm başa çatdıqdan sonra Azər Bağırov “Kəpəz”in baş məşqçi postundan istefa vermişdi.