featured-image-38699

Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Msport.az, günün ikinci matçı Bakıda baş tutub.

Paytaxt təmsilçisi “Sabah” doğma arenasında “Sumqayıt”ı qəbul edib. Qarşılaşmada hesabı erkən qolla qonaqlar açıblar. İsa Suliman 9-cu dəqiqədə “gənclik şəhəri” təmsilçisini önə keçirib. Lakin Samir Abasovun kollektivinin üstünlüyü bir hissə çəkib.

Meydan sahibləri əvvəlcə 54-cü dəqiqədə bərabərlik topunu vurublar. Con İrasabal adını tabloya yazdırıb. 81-ci dəqiqədə Namik Ələskərov bakılıları hesabda önə keçirib. Qarşılaşmada son nöqtəni isə 90+6-cı dəqiqədə ev sahiblərinin hücumçusu Davit Volkov qoyub.

Beləliklə, rəqibini 3:1 hesabı ilə məğlub edən “Sabah” çempionatda 8 oyunluq qələbə həsrətinə son qoyub. Bu nəticə sayəsində Murad Musayevin yetirmələri xallarının sayını 10-a çatdırıblar. “Sumqayıt” isə 11 xalda qalıb.

Qeyd edək ki, əvvəlki oyunlarda “Turan Tovuz” “Qarabağ”la (2:2), “Kəpəz” “Zirə” ilə (0:0) bərabərə qalıblar, “Neftçi” səfərdə “Səbail”i 4:2 hesabı ilə məğlub edib. Tura oktyabrın 22-də keçiriləcək “Qəbələ” – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.

—————-

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha iki oyunu keçiriləcək.

Msport.az xəbər verir ki, matçlardan biri Tovuzda, digəri Bakıda baş tutacaq.

Günün ilk qarşılaşmasında “Kəpəz” “Zirə” ilə üz-üzə gələcək. Gəncə şəhər stadionu yenidən inşa olunacağı üçün “sarı-göylər” rəqibini Tovuzda qəbul edəcək. İlk dövrədən sonra aktivində 5 xalı olan “Kəpəz” autsayderdir. “Qartallar” isə 19 xalla ikinci pillədə qərarlaşıb.

Bu oyun komandaların ölkə çempionatında ümumilikdə 18-ci dueli olacaq. Əvvəlki 17 matçın 3-də gəncəlilər, 7-də bakılılar qələbə qazanıb. Yeddi qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də paytaxt təmsilçisinin üstünlüyü var – 23:16.

“Zirə” son 6 oyunda qol vurub. “Kəpəz” son 9 matçda qalib gələ bilməyib.

Günün digər oyunu isə “Sabah” və “Sumqayıt” komandaları arasında olacaq. Bakı klubu hazırda yeddi xalla 8-ci sırada yer alıb. “Gənclik şəhəri” təmsilçisi isə 11 xalla 7-ci pilləni tutur.

İki komanda bunadək Premyer Liqada 19 dəfə qarşılaşıb. Bunların 10-u “Sabah”ın, 6-sı “Sumqayıt”ın xeyrinə başa çatıb. Üç qarşılaşmada heç-heçə qeydə alınıb. Meydan sahiblərinin vurduğu 37 qola qonaqlar 19 topla cavab veriblər.

“Sabah” son dörd oyunda böyükhesablı “quru” qələbə qazanıb. “Sumqayıt” 7 matçda qalib gələ bilməyib.

Azərbaycan Premyer Liqası

X tur

21 oktyabr (şənbə)

15:00. “Kəpəz” – “Zirə” – 0:0 

Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Eyyub İbrahimov, Kamran Əliyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: İlham Əliyev

Tovuz şəhər stadionu.

“Kəpəz”: 12. Kamran İbrahimov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 22. Rüfət Əhmədov, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 21. Martins Junior, 19. Abdullahi Şuaybu

Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 96. İqor Rodriqes, 3. Vurğun Hüseynov, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 20. Mahir Həsənov, 15. Cavad Kərimov, 26. Adama Niane

“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato (k), 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 99. Nazim Həsənzadə, 72. Elmar Rəhimov, 55. Ramin Abdullayev, 64. Mahmud Ağayev, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila

18:00. “Sabah” – “Sumqayıt” 3:1

Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Şirmamed Mamedov, Kamal Umudlu

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Bank Respublika Arena”.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” səfərdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edib, “Neftçi” isə “Səbail”ə qalib gəlib – 4:2.

Bənzər xəbərlər