Kerem Aktüroğlu “Fənər”ə qələbə qazandırdı
UEFA Avropa Liqasında II turun oyunları keçirilir. Msport.az xəbər verir ki, “Fənərbaxça” İstanbulda “Nitsa” ilə üz-üzə gəlib.
Matç Türkiyə klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Fənər”in heyətində Kərəm Aktüroğlu dubl edib. Qonaqların yeganə qolunu penaltidən Kevin Omuruyi vurub.
“Fənərbaxça” növbəti oyununu “Ştutqart”a qarşı keçirəcək.