Kərim Adeyemi rəsmən “Barselona”da
“Barselona” “Borussiya”nın (Dortmund) hücumçusu Kərim Adeyemini transfer etdiyini açıqlayıb.
Msport.az Kataloniya təmsilçisinə istinadən xəbər verir ki, futbolçu ilə 2031-ci ilə qədər müqavilə imzalanıb.
Son 4 mövsümü “Borussiya”da keçirən almaniyalı hücumçu Bundesliqa və UEFA Çempionlar Liqasında 48 oyuna çıxıb.
Qeyd edək ki, ötən mövsüm UEFA Çempionlar Liqasında “Barselona”ya qarşı 2 oyunda meydanda olan hücumçu yay fasiləsindən sonra mövsümöncəsi hazırlıqlara qoşulacaq.







