featured-image-14655

“Keşlə”nin sabiq qapıçısı Stanislav Namaşko 8,5 ildən sonra yenidən Moldova çempionatında meydana çıxıb. Msport.az xəbər verir ki, 35 yaşlı qolkiper Azərbaycandan ayrıldıqdan sonra ölkəsində “Belts” klubu ilə müqavilə bağlayıb.

Təcrübəli əlcək sahibi Moldova çempionatının 10-cu turunda “Zimbru” ilə matçda qapını qoruyub. Lakin onun qayıdışı uğurlu olmayıb. “Belts” doğma divarlar arasında 0:2 hesabı ilə uduzub.

Namaşko sonuncu dəfə vətənində 2014-cü ilin mayında “Dinamo Avto” komandasında çıxış edib. O, Tiraspol klubundan ayrıldıqdan sonra Azərbaycan, Monteneqro və Yunanıstan çempionatlarında forma geyinib.

Moldovalı qolkiper mövsümün əvvəlində “Şamaxı” ilə yeni müqavilə bağlasa da, rəhbərliyin dəyişilməsi və klubun yalnız yerli futbolçularla oynaması səbəbindən Azərbaycanı tərk etmişdi.

Bənzər xəbərlər