Keyn dünya çempionatlarının rekordçusu oldu
İngiltərə millisinin hücumçusu Harri Keyn 2026-cı il dünya çempionatının qrup mərhələsində Xorvatiya ilə oyunda penalti zərbəsini dəqiq yerinə yetirib.
Msport.az xəbər verir ki, matç 4:2 hesabı ilə ingilislərin xeyrinə bitib.
32 yaşlı ingilis beş penalti ilə dünya çempionatları rekordçusu olub. Qabriel Batistuta (Argentina), Eysebio (Portuqaliya), Rob Rensenbrink (Niderland) və Lionel Messi (Argentina) dünya çempionatında hər biri dörd penaltidən qol vurublar.
Keyn həmçinin Devid Bekhemdən sonra tarixdə üç fərqli dünya çempionatında qol vuran ikinci ingilis olub.







