featured-image-70466

Harri Keynin “Bavariya” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulsa da, bu seçim 31 yanvar 2025-ci il tarixinədək aktivləşdirilə bilər.

Msport.az xəbər verir ki, Münhen klubunun planı geriçəkilmə bəndinin bitməsini gözləmək və sonra Keyn ilə yeni müqavilə ilə bağlı danışıqları fəallaşdırmaqdır.

“Bavariya” ümid edir ki, hücumçu İngiltərəyə qayıtmaqda maraqlı deyil. Keyn komandanın ildə 24 milyon avro maaş alan ən yüksəködənişli oyunçusudur.

Almaniya klubu hücumçunun maaşını artırmaq istəmir. Çünki “Bavariya” xərcləri azaltmağa çalışır. Bundan əlavə, 2027-ci ildə, müqavilə müddətinin sonunda Keynin 34 yaşı olacaq.

Bənzər xəbərlər