featured-image-805

Misir millisinin baş məşqçisi Karluş Keyruş istefa verib.

Msport.az xəbər verir ki, 69 yaşlı mütəxəssis bu barədə tviter hesabında bildirib.

Portuqaliyalı mütəxəssis dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün postunu tərk etdiyini açıqlayıb:

“Xəyal gerçəkləşmədi. Əlimizdən gələni etdik, amma bu, kifayət etmədi. Misir Futbol Federasiyasına və futbolçulara təşəkkür edirəm. Siz həmişə mənim ürəyimdə qalacaqsınız”.

Qeyd edək ki, Misir yığması Afrika zonası üzrə seçmə mərhələdə Seneqala uduzaraq mundiala vəsiqə qazana bilməyib.

Bənzər xəbərlər