featured-image-79027

Türkiyə millisinin yarımmüdafiəçisi DÇ-2026-da Avstraliyaya məğlubiyyəti (0:2) dəyərləndirib.

Msport.az xəbər verir ki, “Real”ın futbolçusu yaxşı müdafiə olunmadıqlarını deyib:

“Əvvəlcə Avstraliyanı təbrik edirəm. Onlar şanslardan istifadə etdilər, biz isə yox.

Lakin hakimin bəzi qərarları ilə barışmaq çətindir. Elə epizodlar oldu ki, biz hesab edirdik ki, əllə oyuna görə qayda pozuntusu olmalıdır, amma hakim davam işarəsi verdi. Demirəm ki, uduzmağımızın yeganə səbəbi budur, lakin belə anlar oyunun gedişini dəyişə bilir.

Hakim epizodu başqa cür qiymətləndirdi və biz buna hörmətlə yanaşmalıyıq, hətta onunla razılaşmasaq belə Biz özümüzə baxmalıyıq. Kifayət qədər qol vəziyyəti yaratmadıq, yaxşı müdafiə olunmadıq. Buna görə də Avstraliya bizi cəzalandırdı.

Azarkeşlərin üzülməyə tam haqqı var. Biz də məyusuq. Bundan dərs çıxarıb daha güclü qayıtmalıyıq və elə etməliyik ki, bu nəticə turnirdəki taleyimizə təsir göstərməsin”.

 

Bənzər xəbərlər