featured-image-4128

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa prezidenti Emmanuel Makronla söhbətindən danışıb.

Msport.az AFP-yə istinadən xəbər verir ki, forvard bildirib ki, dövlət başçısı onun Paris klubunda qalmasına sevinib:

“Biz prezidentlə çox danışdıq. O istəyirdi ki, mən PSJ-də qalım. Mən başa düşdüm ki, futbol dəyişib və cəmiyyətdə vacib yer tutur. Öz qərarımı açıqladım və o, çox şad oldu. Yox, Makron mənim qərarıma təsir göstərməyib. Ona böyük hörmətim var, ancaq müqaviləni Makron istəyir deyə uzatmadım. Lakin bu mənim arqumentlərimdən biri oldu”.

Xatırladaq ki, Mbappe “Real”a keçməkdən imtina edərək PSJ ilə yeni müqavilə bağlayıb. Futbolçunun Paris təmsilçisi ilə yeni anlaşması 2025-ci ilin iyununa kimi nəzərdə tutulub.

 

 

Bənzər xəbərlər