"Kim yaxşı olacaqsa, o da meydana çıxacaq" - Kurban Berdıyev
Azərbaycan Premyer Liqasının 6-cı turunun “Turan Tovuz” – “Kəpəz” oyunundan (3:0) sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyev jurnalistlərin önünə çıxıb.
Msport.az xəbər verir ki, o, əvvəlcə matçı dəyərləndirib:
“Bu gün futbolçular oyuna yaxşı köklənmişdilər. Ciddi səhv etmədən oynadılar. Qələbəyə layiq idik”.
– İbrahima Vadjinin əsas heyətdə möhkəmlənməsinə nə mane olur?
– Xəstə idi. Məşq etməmişdi. Funksional formasından razıyıq. Təəssüf ki, məşqi buraxmışdı.
– Komandanız liderliyə yüksəldi. İndiki durumda futbolçularınızdan razısız?
– Digər komandalar kimi bizdə də müəyyən məsələlər var. Biz də digər komandalarla mübarizə aparacağıq. Vaxt var. Çalışmalarımıza davam edəcəyik.
– Bu gün Faiq Hacıyev sağ cinahda, Xorxe Silva oynadı, yaxşı da performans göstərdi. Faiqi qarşıdakı turlarda ehtiyat skamyada görə bilərik?
– Bizdə kim güclüdürsə, o da oynayacaq. Şükür Allaha hazırda komandamız yaxşıdır. Oyunçularımız kifayət qədər var. Kim yaxşı olacaqsa, o da meydana çıxacaq.