featured-image-78822

İngiltərə millisinin sabiq üzvü Kiran Trippyer karyerasını “Vulverhempton”da davam etdirəcək.

Msport.az xəbər verir ki. 35 yaşlı müdafiəçi Çempionşipdə mübarizə aparacaq klubla 2 illik müqavilə imzalayıb.

Onun “Nyukasl”la müqaviləsi iyunda başa çatdığından yeni klubuna azad agent kimi keçib. Trippyer ötən mövsüm İngiltərə Premyer Liqasında 21 oyunda 1 məhsuldar ötürmə verib.

“Mançsester Siti”nin yetirməsi olan futbolçu karyerası ərzində “Börnli”, “Tottenhem”, “Atletiko”, “Nyukasl” kimi klublarda çıxış edib.

O, İngiltərə millisində 54 oyunda 1 qol vurub.

Bənzər xəbərlər