featured-image-2685

Yurgen Klopp baş məşqçi kimi dördüncü dəfə Çempionlar Liqasında final oynayacaq.

Msport.az xəbər verir ki, almaniyalı mütəxəssis 3 dəfə “Liverpul”la həlledici oyuna vəsiqə əldə edib – 2018, 2019, 2022-ci illər. Klopp 2013-cü ildə də “Borusiyya Dortmund”u finala çıxarıb.

54 yaşlı mütəxəssis bu göstəriciyə görə, Aleks Ferqüson, Karlo Ançelotti və Marçello Lippiyə çatıb. Adı çəkilən məşqçilər də ÇL-də 4 dəfə final oynayıblar.

Qeyd edək ki, “Liverpul” ÇL-in yarımfinalında “Vilyarreal”ı səfərdə 3:2 hesabı ilə məğlub edərək finala yüksəlib. İngiltərə klubu ilk oyunda öz meydanında 2:0 hesabı ilə qələbə qazanmışdı.

 

Bənzər xəbərlər