Klopp Naqelsmandan üzr istədi: "Mən axmağam"
“Liverpul”un sabiq baş məşqçisi, almaniyalı mütəxəsiss Yurgen Klopp millinin baş məşqçisi Yulian Naqelsmandan üzr istəyib.
Msport.az xəbər verir ki, Klopp bir müddət əvvəl Naqelsmanı heyət seçimi ilə bağlı tənqid etmişdi. O, demişdi ki, Nagelsman hələ də millinin heyətini seçir.
Almaniya yığması DÇ-2026-nın ilk oyununda Kürasaonu darmadağın edib – 7:1.
“Bir şey var ki, onu deməliyəm. Biz qeyri-rəsmi olaraq komandanın bir hissəsiyik. Bu il ən nifrət etdiyim ifadəni tapdım – hələ də. Bunun üçün özümü yumuruqlaya bilərdim, amma artıq gec idi, televiziyada idim. Bu, sadəcə təsadüfən ağzımdan çıxdı və heç bir əhəmiyyət kəsb etmir.
Başa düşdüm ki, bir neçə gün sonra 59 yaşım olacaq, amma hələ də axmağam. Nə qərar verməyinizdən asılı olmayaraq, biz tam sizin tərəfinizdəyik”.







