featured-image-1546

“Biz yanvardan bu cür sıx təqvimə öyrəşmişik. Bərpa hazırlığı, bu gün məşq, sabahsı da oyun. Bugünkü günün ən uzun müddət davam edən işi burda mətbuat konfransında oturmaqdır”.

Msport.az  BBC-yə istinadən xəbər verir ki, bu fikirləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp işlədib. 54 yaşlı mütəxəssis İngiltərədə təqvimin sıx olmasından geleylənib: 

“Uğur qazanan vaxt məşqlərə vaxt tapmırsan. Qrafik həddən artıq sıxdır. İstərdim ki, daha çox vaxt olsun, amma bilirəm ki, bu, xülyadır. Bizim uşaqlar həmişə bacardıqları qədər yaxşı hazırlaşmağa çalışırlar. Liqada olan klubların əksəriyyəti üçün vəziyyət eynidir.

Əgər bu mövsüm nəyəsə nail olsaq, futbolçuların vəziyyətdən necə çıxmalarının sayəsində mümkün olacaq. Həmçinin heç də həmişə oynamayıb, amma yaxşı formada qalan uşaqların da bu uğurda böyük əməyi var”.

Bənzər xəbərlər