Kloppa yeni müqavilə təklifi
“Liverpul” baş məşqçi Yurgen Kloppla danışıqlara başlayıb.
Msport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi almaniyalı mütəxəssisin müqaviləsini uzatmaq istəyir. 54 yaşlı məşqçinin anlaşması 2024-cü ilə qədərdir.
“Liverpul” məşqçi ilə müqavilənin müddətini ən azı 4 il uzatmaq niyyətindədir. Hazırda Klopp ildə 10 milyon funt əməkhaqqı alır. Yeni anlaşmada maliyyə şərtləri bir az da yaxşılaşdırılacaq.
Klopp 2015-ci ildən Liverpul”u çalışdırır. Bu müddət ərzində o, Çempionlar liqası və İngiltərə Premyer Liqası da olmaqla 5 kubok qazanıb.