featured-image-62072

“Onunla danışmışam. Bu məsələdə Mahiri heç nəyə görə günahlandıra bilmərəm”.

Msport.az xəbər verir ki, bu sözləri “Nürnberq”in baş məşqçisi Miroslav Kloze “Bild” nəşrinə açıqlamasında deyib.

Mütəxəssis millimizin hücumçusunun yenidən əsas komandaya qayıtmaq şansını dəyərləndirib: “Ona dedim ki, başqaları kimi istənilən vaxt öz xidmətini təklif edə bilər. Amma mənə, sadəcə, bu hiss lazımdır”.

Kloze bu açıqlaması ilə Mahirə yenidən şans verməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Emreli başqa kluba keçmək istədiyi üçün “Nürnberq”in oyunlarında iştirak etmir.

Bənzər xəbərlər