Klub reytinqi: Azərbaycanın 4 komandası siyahıda
Avropada klubların reytinq cədvəli yenilənib.
Msport.az xəbər verir ki, Azərbaycanın 4 təmsilçisi 400 komandanın yer aldığı siyahıya düşüb.
Onlardan “Qarabağ” və “Sabah”da geriləmə müşahidə edilib. 1 pillə geriləyərək 64-cü sıraya düşən ağdamlıların aktivində 278 xal var. “Sabah” isə 276-cı yeri 278-ci sıraya dəyişib. Bakılılar 15 xala malikdir.
Əvəzində “Neftçi” və “Zirə” siyahıda irəliləyişə nail olub. “Neftçi” 3, “Zirə” isə 5 komandanı geridə qoyub. “Ağ-qaralar” 19 xalla 254-cü pillədədirsə, qəsəbə komandası 14 xalla 286-cıdır.
Avropada ən reytinqli klub isə “Real”dır. İspaniya nəhəngi 2489 xalla siyahıya başçılıq edir.