featured-image-80953

2029-cu ildə keçirilməli olan klublararası dünya çempionatının taleyi sual altındadır.

Msport.az xəbər verir ki, bu barədə “Daily Express” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, turnir FİFA-nın Avropanın aparıcı klubları ilə ortaq məxrəcə gəlməməsi səbəbindən baş tutmaya bilər.

Hələ ki yarışı keçirəcək ölkə də bəlli deyil.

Avstraliya, Yeni Zelandiya, Brqaziliya, Almaniya, Meksika və İngiltərə kimi ölkələr turnirə ev sahibliyi etmək barədə maraqlarını bildiriblər.

Lakin Qətər və ABŞ-nin daha real namizəd olduğu deyilir.

Turnir 2025-ci ildə ABŞ-də 25 klubun iştitrakı ilə keçirilmişdi. “Çelsi” finalda PSJ-ni 3:0 hesabı ilə məğlub etmişdi.

Bənzər xəbərlər