featured-image-39517

“Qarabağ”, “Neftçi” və “Sabah” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqladığı yeni reytinq siyahısında geriləyiblər.

Msport.az xəbər verir ki, ötən ay 61-ci yerdə qərarlaşan “köhlən atlar” (131,5 xal) hazırkı reytinqdə 70-cidir.

“Ağ-qaralar” 318-ci sıradan 340-a, “bayquşlar” isə 302-ci mövqedən 342-ci pilləyə düşüblər.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (296 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” 288 xalla ikincidirsə, Misirin “Əl-Əhli” (244) komandası üçüncü yerə yüksəlib.

Bənzər xəbərlər