Kolo Muani PSJ-dən ayrılmaq istəyir
Randal Kolo Muani “Yuventus”a qayıtmağa açıqdır.
Msport.az xəbər verir ki, Turin klubu hücumçunu yenidən transfer etmək üçün yeni cəhd edib.
Onun keçidi daha əvvəl avqust və yanvar aylarında baş tutmamışdı. Son mövsümdə fransalı futbolçu icarə əsasında “Tottenhem”də çıxış edib və Premyer Liqada 30 oyunda cəmi 1 qol vurub.
Kolo Muani daha əvvəl 2024/25 mövsümünün ikinci yarısını da “Yuventus”da keçirmişdi.







