featured-image-78527

İtaliyanın “Komo” klubu Çempionlar Liqasının oyunlarını öz meydanda keçirə bilməyəcək.

Msport.az xəbər verir ki. bu barədə UEFA qərar verib.

“Cüzeppe Siniqalya” stadionu müvafiq infrastruktur tələblərinə cavab vermədiyindən “Komo” rəqiblərini orada qəbul edə bilməyəcək.

Arena cəmi 13 600 azarkeş tutur ki, bu da Çempionlar Liqası normalarına uyğun gəlmir.

Mətbuatda yazılana görə, “Komo” qitənin əsas turnirində ev oyunlarını “Sassuolo” klubunun meydanında keçirəcək. Bu stadion 23 min azarkeş qəbul edə bilir.

Qeyd edək ki, “Komo” başa çatan mövsümdə İtaliya A seriyasında 4-cü yeri tutub və Çempionlar Liqasına vəsiqə qazanıb.

Bənzər xəbərlər