Konate “Real”ın ilk transferi olacaq
“Real”ın prezidenti Florentino Peres “Liverpul”un müdafiəçisi İbrahim Konate ilə müqavilə bağladıqlarını deyib.
Msport.az xəbər verir ki, Peres iyunun 7-də Madrid klubunun yenidən prezidenti seçilsə, futbolçu azad agent kimi gələcək.
“Biz bütün transferlər üzərində işləyirik. Sizi əmin edirəm ki, “Real”ın prezidenti kimi qalsam, dünyanın ən yaxşı müdafiəçilərindən olan Konate gələn mövsümdən “Real”da çıxış edəcək. O, komandamıza gələn yeganə yüksək səviyyəli müdafiəçi olmayacaq” – Peres belə deyib.
Qeyd edək ki, Konatenin “Liverpul”la müqaviləsi mayın 31-də başa çatıb. O, 2021-ci ildən İngiltərə klubunda oynayırdı.







