Konate və Dumfris bir həftə əvvəl “Real”la müqavilə bağlayıb
Ibrahima Konate və Denzel Dumfris “Real”la müqavilə bağlayıblar.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, hər 2 futbolçu ötən həftə – Florentino Peresin Madrid klubunun prezidenti seçilməmişdən bir həftə əvvəl rəsmi sənədə qol çəkiblər. “Liverpul” və “İnter”in müdafiəçilərinin transferi yaxın vaxtlarda açıqlanacaq.
Mediada yazılana görə, Konate “Real”la 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb. Fransa millisinin üzvü dünya çempionatından sonra yeni komandasına qoşulacaq.







