featured-image-4219

Albaniyanın paytaxtı Tiranada “Roma” və “Feyenoord” klublarının UEFA Konfrans Liqasındakı final oyunundan əvvəl azarkeşlər arasında insident baş veriib.

Msport.az “France Presse” agentliyinə istinadən xəbər verir ki, şəhərdə ən azı üç yerdə baş verən iğtişaşlara görə 10 polis yaralanıb.

Hüquq-mühafizə orqanları zorakılıq edən fanatlara qarşı gözyaşardıcı qazdan istifadə edib. “Roma” tərəfdarları polislərə dəyənək və daşla hücum ediblər. Hər iki komandanın ümumilikdə 60 azarkeşi saxlanılıb.

Bundan əlavə, “Feyenoord”un 8 azarkeşi İtaliya müxalifətinin şüarlarını səsləndirən şəxsi stulla döydüyü üçün tutulub. Albaniya vətəndaşı xəstəxanaya aparılıb. Həmçinin Niderland təmsilçisinin 200-dək fanatı rəqib tərəfdarların yerləşdiyi məkana keçmək istəyərkən polislə toqquşub.

Qeyd edək ki, bu gün Tiranadakı Milli Arenada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər