featured-image-2295

Bu gün Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Msport.az xəbər verir ki, Joze Mourinyonun başçılıq etdiyi “Roma” ilk oyunu səfərdə keçirib. “Canavarlar” İngiltərədə “Lester Siti”nin qonağı olub. İtaliya A Seriyasında işləri yaxşı getməyən “Roma” Konfrans Liqasının qalibi olmağa can atır. Bu qarşılaşmada da hesabı italyanlar açıblar. Amma meydan sahibləri buraxılan qolun əvəzini çıxmağı bacarıb və ilk qarşılaşma heç-heçə bitib.

Yarımfinalın daha bir oyunu isə “Feyenoord”la Marsel “Olimpik”i arasında keçirilib. Fransa klubu Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırmışdı. Beş qolun qeydə alındığı bu qarşılaşmada isə Niderland təmsilçisi çətin qələbəyə sevinib.

Avropa Konfrans Liqası
Yarımfinalın ilk oyunları

28 aprel

Lester Siti (İngiltərə) – Roma (İtaliya) 1:1
Qol: Lukman, 67 – Pelleqrini, 15.
Baş hakim: Karlos del Serro (İspaniya).

Feyenoord (Niderland) – Olimpik (Marsel, Fransa) 3:2
Qol: Dessers, 18; 46. Sinisterra, 20 – Dienq, 28. Jerson, 40.
Baş hakim: Maykl Oliver (İngiltərə).

Bənzər xəbərlər