featured-image-80386

“Neftçi”nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Msport.az xəbər verir ki, bu, “ağ-qaralar” bu raundda “Dinamo” (Minsk, Belarus) kollektivi ilə üz-üzə gələcək.

Belarus təmsilçisi I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” komandasını mübarizədən kənarlaşdırıb. İlk oyunda 0:1 hesabı ilə məğlub olan “Dinamo” cavab görüşündə 1:0 hesablı qələbə qazanaraq qarşılaşmanı əlavə vaxta daşıyıb. Penaltilər seriyasında isə rəqibini 6:5 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.

Bənzər xəbərlər