Konfrans Liqası: “Şaxtyor” evdə uduzdu
UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Msport.az xəbər verir ki, matçlardan biri İspaniyada, digəri Polşada baş tutub.
“Rayo Valyekano” “Strasburq”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Donetsk “Şaxtyor”u isə Polşada “Kristal Pelas”a 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, raundun cavab görüşləri mayın 7-də baş tutacaq.







