Konfrans Liqası: “Zirə” ilk oyununa çıxır
“Zirə” UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununu bu gün keçirəcək.
Msport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Torpedo” ilə üz-üzə gələcək.
Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək. Matçın baş hakimi finlandiyalı FIFA referisi Yuri Hüytiya olacaq.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.







