featured-image-7894

Yeni mövsümə Seulda hazırlaşan “Tottenhem”in məşqində gərgin anlar yaşanıb. Msport.az “The Telegraph”a istinadən xəbər verir ki, Son Xin Mın məşq zamanı huşunu itirib. Harri Keyn və klubun massajçıları onun ayağa qalxmasına kömək ediblər. Keyn də özünü pis hiss edib. Onun ürəyi bulanıb.

London klubunun baş məşqçisi Antonio Konte 2 saatlıq məşqdən sonra futbolçuları 42 dəfə bütün meydan boyu qaçmağa məcbur edib.

Qeyd edək ki, hazırlıq prosesi 40 dərəcə istidə keçirilib. “Tottenhem”in açıq məşqini 6 min azarkeş izləyib. London klubu Cənubi Koreyada hazırlıq matçları keçirəcək. İlk oyun iyulun 13-də olacaq.

 

Bənzər xəbərlər