featured-image-70188

“Qarabağ”a hörmətlə yanaşırıq”.

Msport.az xəbər verir ki, bunu “Kopenhagen”in baş məşqçisi Yakob Neestrup Bakıda mətbuat konfransında deyib.

Mütəxəssis “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: “Stadionun ot örtüyü yaxşı ola bilərdi. Amma bu bəhanə deyil. Normaldır. Məqsədimiz qələbə qazanmaqdır. Çempionlar Liqasındakı bütün komandalar güclüdür. “Qarabağ” avrokuboklarda mütəmadi çıxış edir. Onların hücum xəttində yaxşı oyunçular var. Səyahətimiz yaxşı keçib və sabahkı matça tam hazırıq”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” oyunu saat 20:45-də başlayacaq.

Bənzər xəbərlər