featured-image-72115

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Çempionlar Liqasında “Napoli” ilə səfər matçında komandasının ən yaxşı oyunçularından biri olub.

Msport.az xəbər verir ki, polşalı qolkiper İtaliyadakı matçın 56-cı dəqiqəsində Rasmus Heylunun vurduğu penalti zərbəsini dəf edə bilib.  Ümumən isə 24 yaşlı futbolçu  “Napoli” ilə görüşdə 8 seyv edib.

Beləliklə, Koxalskinin Çempionlar Liqasının Liqa mərhələsindəki qurtarışlarının sayı 17-ə çatıb. Bu nəticə ilə o, yarışda ən çox seyv edən qapıçılar arasında 11-ci yerdədir.

UEFA-nın statistik hesabatına əsasən ilk 11-lik isə belədir:

1. Nikita Haykin (“Bodo”/“Glimt”) – 31 seyv

2. Xeronimo Rulyi (“Olimpik”) – 29

3. Tibo Kurtua (“Real”) – 22

4. Nik Poup (“Nyukasl”) – 21

5. Neofitos Mixail (“Pafos”) – 20

6. Marko Karnesekki (“Atalanta”) – 18

7. Mark Flekken (“Bayer”) – 18

8. Nordin Yakers (“Brügge”) – 18

9. Vanya-Milinkoviç Saviç (“Napoli”) – 18

10. Anatoli Trubin (“Benfika”) – 18

11. Mateuş Koxalski (“Qarabağ”) – 17

Bənzər xəbərlər