Kriştiano Ronaldu məşqçisiz qaldı - RƏSMİ
Kriştiano Ronaldunun şərəfini qoruduğu “Əl Nəsr” baş məşqçisi ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi portuqaliyalı mütəxəssis Jorje Jezuşla vidalaşıb. Qeyd edək ki, Jezuş bir müddət əvvəl komandanı çempion etdikdən sonra gedəcəyini demişdi.
“Əl Nəsr” 86 xalla liqanı 1-ci yerdə tamamlayıb. Ronaldu isə birinci sədə Səudiyyə Ərəbistanı çempionu olub.







