featured-image-2793

“Mançester Siti” ilə Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda 68-ci dəqiqədə əvəzlənən “Real”ın futbolçusu Toni Kroos dəyişikliklər zamanı baş məşqçiyə bəzi məsləhətlər verib.

Msport.az “Bild”ə istinadən xəbər verir ki, bu varədə almaniyalı yarımmüdafiəçi açıqlama verib: “Ançelottinin sonradan meydana kimi buraxacağı ilə bağlı bir az tərəddüdü var idi. Həmin vaxt fikir mübadiləsi etdik.

Ümumiyyətlə, Karlonun hansısa məsələdə şübhəsi varsa, “mütləq etməliyəm” demir. Buna görə o, hər zaman müxtəlif klublarda yaxşı nəticələr göstərir. Son qərarı o verir, amma bizim də fikirimizi öyrənir”.

media-FR-uh-XWYAAqNjL

Bənzər xəbərlər