Kukurelya Madrid yolunda
İngiltərənin “Çelsi” klubunun müdafiəçisi Mark Kukurelya “Atletiko”nun maraq dairəsinə düşüb.
Msport.az xəbər verir ki, 27 yaşlı ispaniyalı futbolçu Madrid klubunun bu yay prioritet transfer hədəfidir.
Rəhbərliyin müdafiəçini heyətə qatmaq üçün çalışmalara başladığı bildirilib.
Kukurelya 2022-ci ilin avqustundan “Çelsi”də çıxış edir. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. İspaniyalı futbolçu 2025/2026 mövsümündə komandanın heyətində 49 matça çıxıb, 1 qola və 4 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, “Transfermarkt” portalı daha əvvəl İngiltərədə “Brayton”, İspaniyada “Xetafe”, “Barselona” və “Eybar” klublarının da formalarını geyinmiş oyunçunun dəyərini 50 milyon avro qiymətləndirir.







